NAXÇIVAN :

08 Yanvar 2025, Çərşənbə

Təcili Tibbi Yardım Xidmətinin Ordubad rayonu üzrə yeni geolokasiyası istifadəyə verilib

...

Təcili Tibbi Yardım Xidmətinin Ordubad rayonu üzrə Sabirkənd Ailə Sağlamlıq Mərkəzində yeni geolokasiya istifadəyə verilib.
Bu münasibətlə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək yeni istifadəyə verilən geolokasiyanın regionda səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasında mühüm rol oynayacağını vurğulayıb. O həmçinin bu yeniliyin kənd sakinlərinin tibbi yardıma daha operativ və əlçatan şəkildə çatmasına imkan yaradacağını qeyd edib.

Daha sonra Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov çıxış edərək bu yeniliyin bölgə əhalisinin tibbi xidmətlərə əlçatanlığını təmin edəcəyini bildirib. Nazir, eyni zamanda səhiyyə sektorunda həyata keçirilən islahatların bölgələrdə müsbət nəticələr verdiyini və bu cür layihələrin davam etdiriləcəyini vurğulayıb.

Yaradılan yeni geolokasiya Sabirkənd ilə yanaşı, Aza, Azadkənd, Qoşadizə, Gilançay, Biləv, Behrud, Parağa və Dəstə kəndlərindən olan vətəndaşlara xidmət göstərəcək.

Nəşr edilib : 07.01.2025 10:15