NAXÇIVAN :

02 Yanvar 2025, Cümə axşamı

Təcili Tibbi Yardım Xidmətinin Kolanı Kənd Ailə Sağlamlıq Mərkəzi üzrə yaradılan yeni geolokasiyası istifadəyə verilib

...

Bu münasibətlə keçirilən tədbirdə  Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev çıxış edib. O qeyd edib ki, bu geolokasiyanın fəaliyyətə başlaması sakinlərinin sağlamlıq ehtiyaclarını qarşılamaq üçün böyük imkanlar açır. O bu addımın əhalinin rifahını artırmaqla yanaşı, regionun ümumi inkişafına da töhfə verəcəyini bildirib.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov da çıxış edərək qeyd edib ki, yaradılan bu yeni geolokasiya təcili tibbi yardım xidmətlərinin daha operativ və effektiv şəkildə göstərilməsi təmin ediləcək. Nazir əlavə edib ki, gələcəkdə də belə layihələr həyata keçirilərək əhalinin sağlamlığının qorunması üçün davamlı tədbirlər görüləcək.
Qeyd edək ki, bu geolokasiya  üzrə  Ağbulaq, Biçənək, Aşağı Qışlaq, Yuxarı Qışlaq və Gömür kəndlərindən olan 6065 sakinə təcili tibbi yardım xidmətləri göstəriləcək.

Nəşr edilib : 29.12.2024 21:14