Prezident Ərdoğan: Türkiyə regionda yeni təhlükəsi...
16:19 29.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Treninq və Simulyasiya Mərkəzində Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları üçün nəzərdə tutulmuş təlimlərin ilkin mərhələsi uğurla başa çatıb.
Təlim çərçivəsində ilkin tibbi yardımın göstərilməsi ilə bağlı əsas qaydalar izah edilib, praktiki məşğələlər aparılıb və iştirakçılar müxtəlif situasiyalar üzərində biliklərini tətbiq ediblər. Bildirilib ki, əhaliyə vaxtında və düzgün tibbi yardım göstərilməsi üçün bu biliklərin təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda Təcili Tibbi Yardım xidməti müasir avadanlıqlarla təchiz olunub. Təlimdə həmin avadanlıqlar təqdim olunaraq onların istifadə qaydaları barədə iştirakçılara geniş məlumat verilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən bildirilib ki, həyata keçirilən bu təlim proqramının davamlı şəkildə təşkili tibbi personalın peşəkarlığının artırılmasına, həmçinin əhaliyə göstərilən təcili tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəkdir.
Digər xəbərlər