Naxçıvan Perinatal Mərkəzdə yeni ilin ilk əkiz kör...
16:01 01.01.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılan kompleks islahatların davamı olaraq bu gün Təcili Tibbi Yardım Xidmətinin Əbrəqunus Kənd Ailə Sağlamlıq Mərkəzi üzrə yeni geolokasiyası istifadəyə verilib.
Bu münasibətlə keçirilən tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin Başçısının müavini, icra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova çıxış edərək bildirib ki, yeni tibb xidmətlərinin yaradılması sakinlərin sağlamlığının qorunmasında vacib addımdır və bu təşəbbüs regionda əhalinin rifahını daha da artıracaq. O belə layihələrin davamlı olacağına ümid etdiyini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov qeyd edib ki, tibb xidmətlərinin əlçatanlığını artırmaq məqsədilə atılan bu addım əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayacaq. O, yeni geolokasiyaların fəaliyyətə başlamasının bölgədə tibbi xidmətin keyfiyyətini yüksəldəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, Əbrəqunus Kənd Ailə Sağlamlıq mərkəzində yeni yaradılan bu geolokasiya üzrə Kırna, Bənəniyar, Saltaq, Göydərə, Xanəgah, Xoşkeşin və Əlincə kəndlərindən olan 12317 sakinə təcili tibbi yardım xidməti göstəriləcək.
Digər xəbərlər