Komitənin uşaqlar arasında təşkil etdiyi müsabiqən...
18:08 23.12.2024
0
0
0
NAXÇIVAN :
23 Dekabr 2024, Bazar ertəsi
İşə qəbul prosesinin vahid platforma üzərindən həyata keçirilməsi məqsədilə işə qəbul modulu qurulub, mərkəzləşmiş bir sistem yaradılıb.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında çıxışı zamanı söyləyib.
O bildirib ki, sistemin əsas funksionallığı TƏBİB tabeli tibb müəssisələrinə aid vakansiyaların vahid mərkəzi sistem üzərindən paylaşılaraq işə qəbulun sürətləndirilməsi və əlçatanlığın asan şəkildə təmin edilməsidir: “Bundan əlavə, “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanın icrası ilə əlaqədar, çağırışçıların yekun tibbi qiymətləndirilməsi işləri üzrə proseslərin idarə edilməsi üçün müvafiq altsistem qurulub. Qurulan sistem çərçivəsində çağırışçıların tibbi göndərişləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron informasiya sistemindən elektron qaydada qəbul olunur, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində zəruri bütün tibbi yoxlamalar aparılır və yoxlamaların nəticələri elektron qaydada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron informasiya sisteminə ötürülür”.
“Əlavə olaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəyinə əsasən təkrar müayinələrə ehtiyac yaranarsa, müvafiq qaydada elektron sistem üzərindən yenidən göndərişlər qəbul edilib. Həmçinin zəruri bütün tibbi yoxlamalar aparılır və yoxlamaların nəticələri elektron qaydada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron informasiya sisteminə ötürülür. 2024-cü ildə 100 minə yaxın elektron müraciətə baxılıb və icra edilib”, - deyə V.Qurbanov əlavə edib.
Digər xəbərlər