NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

TDT-nin Mərkəzi Banklar Şurasının yaradılması haqqında memorandum imzalanıb

...

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü çərçivəsində “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması haqqında” memorandum imzalanıb.

"Şərq qapısı" Qırğızıstan Milli Bankına istinadən verdiyi məlumata görə, memorandumu qurumun sədri Melis Turqunbayev, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, Qazaxıstan Milli Bankının İdarə Heyətinin sədri Timur Suleymenov, Türkiyə Mərkəzi Bankının rəhbəri Fatih Karahan və Özbəkistan Mərkəzi Bankının sədri Mamarizo Nurmuratov imzalayıblar.

“TDT-yə üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması mərkəzi banklar arasında səmərəli əməkdaşlığın gücləndirilməsinə, pul-kredit siyasəti, maliyyə sabitliyi, ödəniş sistemlərinin inkişafı, maliyyə texnologiyaları və digər sahələrdə təcrübə mübadiləsi məqsədilə birgə məsləhətləşmələr və tədqiqatların aparılmasına yönəlib”, - məlumatda bildirilib.

Nəşr edilib : 06.11.2024 09:47