Tokayev: Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə...
21:13 29.06.2026
0
0
0
Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasının inteqrasiyası və əməkdaşlığı üçün mühüm əhəmiyyət daşıyır.
"Şərq qapısı" xəbər verir ki, bu fikri Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində çıxışı zamanı səsləndirib.
Baş katib qeyd edib ki, Qəbələ Sammitində qəbul olunan bəyannamələrdə və “Türk Dünyası – 2040” Vizyonunda əksini tapan hədəflər Türk dövlətlərinin birliyinin və həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edir. Onun sözlərinə görə, Birinci Türkoloji Qurultayın yüz il əvvəl ortaya qoyduğu ideyalar bu gün Türk Dövlətləri Təşkilatının fəaliyyəti çərçivəsində uğurla davam etdirilir.
Kubanıçbek Ömüralıyev vurğulayıb ki, son illər türk dövlətləri arasında siyasi dialoq, iqtisadi əlaqələr, elm, təhsil, mədəniyyət və humanitar əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Bu əməkdaşlığın təməlində ortaq tarix, dil və mədəni irs dayanır.
Baş katib əlavə edib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan tədbirlər ortaq irsin daha dərindən öyrənilməsinə, gələcək nəsillərə çatdırılmasına və Türk dünyasında inteqrasiya prosesinin daha da güclənməsinə töhfə verəcək.
Digər xəbərlər