Babək rayonunun bu kəndlərində elektrik enerjisini...
11:58 12.06.2025
0
0
0
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Vəli Baxşəli oğlu Baxşəliyevin rəhbərlik etdiyi Bülövqaya arxeoloji ekspedisiyası 19 may 2025-ci il tarixdən etibarən arxeoloji qazıntılara başlamışdır.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, Babək rayonunun Göynük kəndi yaxınlığında yerləşən Bülövqaya yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı Ubeyd mədəniyyətinə aid maddi mədəniyyət nümunələri, o cümlədən boyalı keramika, mədənçilik alətləri, obsisian parçaları aşkar olunmuşdur. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, bu maddi mədəniyyət nümunələri, yarımköçəri həyat tərzi keçirən tayfaların şimala, o cümlədən Naxçıvana doğru hərəkəti ilə bağlı olmuşdur. Ubeyd tayfalarının şimala doğru hərəkəti Cənubi Qafqazın bol otlaqları, zəngin xammal mənbələri, o cümlədən obsidian və mis yataqları ilə bağlı olmuşdur. Bu tapıntılar Azərbaycanla Şimali Mesopotamiya arasında sıx iqtisadi-mədəni əlaqələrin mövcud olduğunu, Yaxın Şərqə şəhərləşməni gətirən Ubeyd tayfalarının Naxçıvan ərazisində məskən saldığını təsdiqləyir.
Digər xəbərlər