Kartof yükündə gizlədilən külli miqdarda dərman gö...
11:09 06.12.2025
0
0
0
NAXÇIVAN :
06 Dekabr 2025, Şənbə
Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıq və qazandığı möhtəşəm tarixi zəfərin xatirəsi Bakının yeni simasında öz əksini tapdı. 2020-ci il dekabrın 3-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması qərara alındı. Məqsəd həm tarixi zəfərin gələcək nəsillərə çatdırılması, həm də şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi idi. 2023-cü il sentyabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva inşası davam edən Zəfər parkını ziyarət edərək layihənin gedişatını yaxından izləyib, 2024-cü ilin noyabrında isə Prezident, birinci xanım və oğulları Heydər Əliyev parkın rəsmi açılışında iştirak etmiş, parkın aşağısında inşa edilən Zəfər muzeyinin tərtibat işləri ilə tanış olmuşdular. Bununla bağlı ən möhtəşəm hadisə isə 2025-ci il noyabrın 8-də baş verdi. Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı zəfərin 5-ci ildönümündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Zəfər muzeyinin rəsmi açılışı oldu.
Bu muzey və Vətən müharibəsi memorial kompleksi Azərbaycan xalqının qəhrəmanlığının və tarixi qələbəsinin əbədiləşdirilməsi üçün yaradılıb. Layihənin reallaşmasında xüsusi rol “PAŞA Holding” və Bakı Şəhər İcra Hakimiyyəti arasında imzalanan Razılaşma protokolu ilə rəsmi olaraq təsbit edildi. 2025-ci il noyabrın 6-da “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov birgə protokola imza atdılar. Bu razılaşmaya əsasən “PAŞA Holding”in maliyyə dəstəyi ilə inşa edilmiş Zəfər parkı və Zəfər muzeyi Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verilib. Zəfər parkı, ümumilikdə, 9.16 hektar ərazini əhatə edir, yaşıllıq zonaları isə 4.24 hektar təşkil edir. Parkda 44 metr hündürlüyündə Zəfər tağı, 9.9 metr hündürlüyündə memorial abidə, həmçinin şəhidlərin adlarının əks olunduğu 8.8 metr hündürlüyündə xatirə divarı yerləşir. Tikintiyə sərf olunan investisiya 114.5 milyon Azərbaycan manatı təşkil edib.
Zəfər muzeyi 4278 kvadratmetrlik sahədə, 8 sərgi zalı və 90.7 m²-lik auditoriumla ziyarətçilərin istifadəsinə təqdim edilib. Burada tarixi zəfərimizin bütün detalları ilə təqdim olunması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası əks olunur. “PAŞA Holding” uzun illərdir ki, azad olunmuş ərazilərin bərpası və mədəni irsin qorunması istiqamətində fəal iştirak edib və etməkdədir. Şirkətin dəstəyi ilə bir sıra məscidlər və tarixi abidələr bərpa olunub, o cümlədən Aşağı və Yuxarı Gövhər ağa, Saatlı, Ağdam və Qiyaslı kənd məscidləri, habelə Suqovuşan, Zəngilan, Hadrut və Daşaltı məscidləri inşa edilib. Hazırda Şuşa, Cəbrayıl və Laçın məscidlərinin tikintisi davam etdirilir. Zəfər parkı və Vətən Müharibəsi memorial kompleksi Azərbaycan xalqının qəhrəmanlığının, şəhidlərimizin xatirəsinin və tarixi zəfərin gələcək nəsillərə çatdırılması üçün əbədiləşdirilmiş unikal məkan olaraq Bakı şəhərinin simvolik ünvanına çevrilib. Burada hər bir ziyarətçi tariximizin qürurverici səhifələrini gözləri ilə görə, ürəyi ilə hiss edə bilər.
Rafiq TƏHMƏZ
Digər xəbərlər