Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər im...
17:51 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
“Bütün dünyanın diqqət mərkəzində olan ABŞ-Azərbaycan ikitərəfli və ABŞ-Azərbaycan-Ermənistan üçtərəfli Vaşinqton görüşlərinin uğurla yekunlaşması, ölkəmizin böyük və tarixi diplomatik qələbəsidir. Bütün aspektlərdən - təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələr baxımından tarixi bir günə şahidlik etdik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev döyüş meydanında qazanılan zəfərləri Vaşinqtonda, diplomatiya meydanında təsdiqlətdi. Üstəlik, bu uğur dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirildi”.
Bu sözləri “Şərq qapısı” qəzetinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Şəhla Əhmədova deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev Vaşinqtonda ABŞ səfərinin nəticələri ilə bağlı yerli mediayaya verdiyi müsahibəsində keçirilən görüşləri yüksək dəyərləndirir, tarixi hadisə hesab edir: “Bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Hesab edirəm ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Odur ki, bugünkü gün, o cümlədən buna görə tarixi gün sayıla bilər. Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında, həm Azərbaycan-Ermənistan normallaşması işində atılan addımlar, Birgə Bəyannamənin qəbul edilməsi, imzalanması və dünyanın ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin buna dəstəyi və şahidlik etməsi bir daha bu Bəyannamənin önəmini göstərir. Mən bu gün mətbuat konfransında da qeyd etdim, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq”.
Şəhla Əhmədova vurğulayıb ki, görüşdə Prezident Donald Trampın Azərbaycan Prezidentinin liderlik keyfiyyətləri ilə bağlı səsləndirdiyi sözlər, xüsusilə qürurvericidir: “Siz böyük lidersiniz. Siz gözəl danışıq aparırsınız... Sizə daha bir hədiyyəm var. Bu, Ağ evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm”. Bu baxımdan Ağ evin rəmzi açarı yüksək etimadın və dostluğun ifadəsi hesab olunur.
“Böyük fəxr hissi ilə deyə bilərik ki, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir və qürur duyulası diplomatik uğurlardır. Dövlətimizin başçısının yalnız ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyini müəyyən edən siyasi kursu formalaşdırması ilə hər bir Azərbaycan vətəndaşı qürur duyur. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə məhz onun milli maraqlarımıza sadiqliyinin, prinsipial mövqeyinin və sarsılmaz iradəsinin təntənəsidir. Xüsusilə vurğulamaq lazımdır ki, ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə olan yüksək hörmətini nümayiş etdirərək onu regionun və beynəlxalq siyasətin ən güclü liderlərindən biri kimi qiymətləndirir. Donald Trampın bu mövqeyi, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və Azərbaycan Prezidentinin qlobal miqyasda qəbul edilən siyasi çəkisinin təsdiqidir.Vaşinqtonda imzalanmış sənədlər Azərbaycanın diplomatik qələbəsini təsdiqləməklə yanaşı, ölkəmizin regional və qlobal səviyyədə artan rolunu bir daha nümayiş etdirir. Bu diplomatik uğurları ilə Prezident İlham Əliyev sübut etdi ki, o, təkcə müharibənin qalibi deyil, həm də sülhün müəllifidir”, - deyə deputat Şəhla Əhmədova bildirib.
Digər xəbərlər