NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Tanınmış cüdoçular Naxçıvanda ustad dərsi keçib

...

Naxçıvan şəhərində açıq hava şəraitində idman tədbirlərinin təşkili davam etdirilir. Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrının önündə dünya çempionu Nihat Məmişov, Avropa çempionu Bahadır Feyzullayev, yığma komandanın məşqçisi Nicat Şıxalızadə və məşqçi Samir İsmayılovun iştirakı ilə cüdo üzrə ustad dərsi təşkil olunub. 

Tədbirin əvvəllində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri İlhamə Nəzərova, Azərbaycan Cüdo Federasiyasının (ACF) nüməyəndəsi Rəşad İbrahimov, Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin direktoru, Əməkdar məşqçi Faiq İsgəndərov tədbirin məqsəd və əhəmiyyəti haqqında fikirlərini ifadə ediblər. Qeyd olunub ki, əhalinin, xüsusən də gənc nəslin sağlam həyat tərzinə təşviqi, idmana olan marağının arıtılması, ümumən idmanın inkişafı ölkəmiz üçün prioritet təşkil edir. ACF tərəfindən iki ildir icra olunan “Ustad dərsi” layihəsi regionlarda cüdo idman növündə kütləviliyin artırılması məqsədinə xidmət edir. 
Tədbiri izləyənlər arasnda gənclər və idman naziri səlahiyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov da olub.

Ustad dərsi çərçivəsində müxtəlif cüdo fəndləri uşaq və yeniyetmələrə nümayiş etdirib. Təcrübəli idmançılar cüdonun fəlsəfəsi və əsas texnikaları haqqında məlumat verərək, iştirakçılara bu idman növünün incəliklərini öyrədiblər. Uşaqlar və gənclər tatamiyə dəvət olunaraq, göstərilən fəndləri öyrənib tətbiq etməyə çalışıblar. 

Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo ilə bağlı suallar verilib və düzgün cavab verən şəxslərə müxtəlif hədiyyələr təqdim edilib.

Nəşr edilib : 09.09.2024 12:40