FAO 2025-ci ildə Naxçıvanda yeni layihəyə start ve...
16:30 29.11.2024
0
0
0
Tacikistan Respublikası Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinin rəisi general-mayor Hafiz Cabor Əzizzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Heydər Əliyev adına Hərbi İnstitutda olublar. Nümayəndə heyətinə Hərbi İnstitutun tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Tacikistanın Azərbaycandakı səfiri İlxom Abduraxmonun da iştirak etdiyi görüşdə hərbi təhsil sisteminin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonra nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutda tacik kursantlarla görüşərək onlarla söhbət aparıb və təhsilləri ilə maraqlanıb.
Tacikistanlı qonaqlar institutun ərazisindəki muzeydə sərgilənən fotostendlə tanış olublar. Nümayəndə heyəti daha sonra təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası ilə tanış olub, tədris prosesi ilə maraqlanıb.
Səfər çərçivəsində qonaqlar, həmçinin Hərbi Qənimətlər Parkında olub, Vətən müharibəsi zamanı qənimət götürülmüş atıcı silah, zirehli və xüsusi texnika, artilleriya qurğuları, raket kompleksləri və digər hərbi təyinatlı vasitələrə baxıblar.
Digər xəbərlər