Azərbaycan müdafiə naziri Pakistana başsağlığı ver...
21:21 24.07.2026
0
0
0
NAXÇIVAN :
25 Iyul 2026, Şənbə
Şuşa şəhərində IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi keçirilir. Tədbirin təşkilatçıları sırasında Mingəçevir Dövlət Universiteti (MDU) də yer alıb.
''Şərq qapısı" xəbər verir ki, iyulun 25-dək davam edəcək konqres Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi-Tədqiqat İnstitutu, MDU, Naxçıvan Dövlət Universiteti, İ.Razzakov adına Qırğızıstan Dövlət Texniki Universiteti, UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu və İKSAD İnstitutunun təşkilatçılığı ilə hibrid formatda təşkil olunub.
İqtisadi Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqov çıxışında bu konqresin beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, yeni tədqiqat şəbəkələrinin formalaşdırılması və elmi nəticələrin qarşılıqlı paylaşılması baxımından əhəmiyyətini vurğulayıb.
MDU-nun rektoru Anar Eminov müasir universitetlərin yalnız tədris fəaliyyəti ilə kifayətlənməyərək, regional və qlobal çağırışlara elmi əsaslandırılmış həllər təqdim edən tədqiqat və əməkdaşlıq mərkəzlərinə çevrildiyini bildirib. Rektor beynəlxalq konfransların tədqiqatçıların akademik əlaqələrinin genişləndirilməsinə, ortaq elmi layihələrin hazırlanmasına, birgə nəşrlərin sayının artırılmasına və universitetlər arasında bilik mübadiləsinin gücləndirilməsinə əlverişli imkan yaratdığını qeyd edib. Anar Eminov bu konqresin Qarabağın və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafı, rəqəmsal transformasiya, insan kapitalı, yaşıl iqtisadiyyat, innovasiya, süni intellekt və digər aktual istiqamətlər üzrə yeni elmi yanaşmaların təqdim edilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, elmi tədqiqatların real iqtisadi və sosial proseslərlə əlaqələndirilməsinin, nəticələrin praktik tətbiq imkanlarının araşdırılmasının və gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyasının vacibliyini vurğulayıb.
Daha sonra İKSAD İnstitutunun baş direktoru Mustafa Latif Ekmek tədbir iştirakçılarına videomüraciət ünvanlayıb. O, tədbirin ölkələr və elm adamları arasında akademik əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
İ.Razzakov adına Qırğızıstan Dövlət Texniki Universitetinin Akademik mobillik şöbəsinin baş mütəxəssisi Çinarə Asanbekova ali təhsil müəssisələri arasında beynəlxalq əlaqələrin, akademik mobilliyin və birgə elmi təşəbbüslərin genişləndirilməsi baxımından bu cür platformaların əhəmiyyətini qeyd edib.
İKSAD-ın Azərbaycan üzrə baş direktoru Əlvan Cəfərov tədbirin məqsədi, proqramı, iştirakçı coğrafiyası, təqdim olunacaq elmi məruzələr və bölmə iclaslarının təşkili barədə ətraflı məlumat verib.
Konqres plenar məruzələrlə və bölmə iclasları ilə davam edib.
Tədbirdə MDU-nun əməkdaşları da müxtəlif elmi istiqamətlər üzrə tədqiqat nəticələrini təqdim edirlər. MDU təmsilçilərinin məruzələri rəqəmsal əmək bazarında bacarıqların inkişafı, süni intellektə hazırlıq və məşğulluq, maşın və dərin öyrənmə metodları, Şuşa dağlıq ərazisinin hidrometeoroloji xüsusiyyətləri, mobil idarəetmə sistemləri, sənaye təhlükəsizliyi, ədəbi irs və təlim nailiyyətlərinin qiymətləndirilməsi kimi mövzuları əhatə edir.
Digər xəbərlər