NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Şuşada ilaxır çərşənbə - Qala qapısı qarşısında bayram tonqalı qalanıb

...

Şuşa şəhərində Qala qapısı qarşısında Novruzun ilaxır çərşənbəsi olan torpaq çərşənbəsi münasibətilə bayram tonqalı qalanıb.
“Şərq qapısı” xəbər verir ki, Şuşanın təmiz dağ havası və baharın gəlişi bu gün qədim qalanın divarları önündə alovlanan bayram tonqalının hərarəti ilə vəhdət təşkil edib. Novruzu doğma şəhərlərində qeyd edən şuşalılar və qonaqlar tonqal ətrafında yığışaraq ilaxır çərşənbəni milli musiqi və rəqslərlə qeyd ediblər.

Nəşr edilib : 17.03.2026 21:29