NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən Kənar Dairəvi yolda sıxlıq yaranıb

...

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar bəzi sürücülərin hadisə yerinə baxması səbəbindən Kənar Dairəvi yolda nəqliyyat sıxlığı müşahidə edilir.

Bu barədə “Şərq qapısı”na Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edək ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Nəşr edilib : 24.08.2025 12:58