“Araz sahilində doğan günəş” tamaşası Bakı şəhərin...
00:09 24.12.2024
0
0
0
Sudanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Mustafa Abdel Halim Mahmud Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, iki ölkə arasında təhsil və mədəniyyət sahələrində hər iki ölkənin maraqlarına xidmət edən əlaqələrin genişləndirilməsi yolları müzakirə edilib. Bu əlaqələrə tələbə mübadiləsi, elmi tədqiqatlar sahəsində əməkdaşlıq, iki ölkənin təhsil müəssisələri və universitetləri arasında əlaqələrin gücləndirilməsi daxildir.
Digər xəbərlər