Azərbaycanın 6 güləşçisi Avropa çempionatının fina...
22:44 25.06.2025
0
0
0
NAXÇIVAN :
25 Iyun 2025, Çərşənbə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Fəaliyyət Planı” penitensiar sistemdə islahatların dərinləşdirilməsi və insan yönümlü idarəetmənin təşviqi baxımından mühüm strateji sənəddir.
“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi olaraq bu sənədi cəmiyyətin inklüzivliyinin artırılması, insan kapitalının reabilitasiyası və qadın məhkumların sosial adaptasiyası istiqamətində kompleks yanaşmanın tərkib hissəsi kimi qiymətləndiririk.
Beynəlxalq araşdırmalar göstərir ki, cəzaçəkmə müəssisələrində peşə təhsili və reabilitasiya proqramlarında iştirak edən şəxslərin təkrar cinayət törətmə ehtimalı 43%-ə qədər azalır. Bu isə həm təhlükəsizliyin, həm də sosial səmərəliliyin artımına xidmət edir. Məhkumların azadlıqdan sonra əmək bazarına inteqrasiyasının yüksəldilməsi cinayətkarlığın struktur səbəblərinin aradan qaldırılması üçün vacibdir.
Qadın məhkumlar isə xüsusi həssas sosial qrup olaraq azadlıqdan sonra ailə və iqtisadi təcrid, psixoloji və hüquqi dəstək çatışmazlığı ilə üzləşirlər. Onların peşə bacarıqları ilə təmin olunması yalnız məşğulluq deyil, həm də layiqli həyat hüququnun təminatıdır.
Fəaliyyət Planının icrası Ədliyyə Nazirliyinin koordinasiyası ilə həyata keçiriləcək, monitorinq və qiymətləndirmə isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən aparılacaq. Bu da şəffaflıq və nəticəyönümlülük prinsiplərini gücləndirəcək.
Nazirlər Kabinetinə verilmiş tapşırıqlar dövlət orqanları arasında koordinasiyanın və resursların səmərəli istifadəsinin təminatına xidmət edir.
Bu sənəd cəza anlayışının tərbiyə və inkişaf yönümlü transformasiyasının hüquqi əsaslarından biridir. Dövlətin iradəsi biz vətəndaş cəmiyyəti üçün həm tərəfdaşlıq, həm də məsuliyyət yaradır.
Nəticə olaraq bu plan cəmiyyətə qaytarılan insanı bacarıqlı, layiqli və sosial-iqtisadi fəal fərd kimi yenidən formalaşdırmağın hüquqi və institusional çərçivəsidir.
Firuzə İskəndərova
“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri
Digər xəbərlər