NAXÇIVAN :

14 Dekabr 2025, Bazar

SOCAR-ın prezidenti CC7 nümayəndə heyəti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

...

Avqustun 21-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Çin Milli Kimya Mühəndisliyi və İnşaat Korporasiyasının (CC7) İdarə Heyətinin sədri Long Haiyangın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, görüşdə qurumun enerji sektoru üzrə fəaliyyət istiqamətləri, Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi strateji layihələr barədə məlumat verilib. Azərbaycan və üçüncü ölkələrdə neft və neft-kimya sənayesi sahəsində mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, CC7 Çinin ən böyük EPC podratçılarından biri olan CNCEC-in törəmə şirkətidir. 1964-cü ildə əsası qoyulmuş və baş ofisi Çenqdu şəhərində yerləşən CC7 Asiya, Yaxın Şərq və Afrikada kimya və qeyri-kimya sektorlarında fəaliyyət göstərir.

Nəşr edilib : 21.08.2025 20:54