Azərbaycanda sazişlərin rəqabət qanunvericiliyinə ...
14:48 26.12.2024
0
0
0
NAXÇIVAN :
26 Dekabr 2024, Cümə axşamı
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493; № 7, maddə 744) 51-ci maddəsində “partiyada rəhbər orqanlarının” sözləri “partiyanın” sözü ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 125.2-ci maddəyə “nizamnaməsinə” sözündən sonra “, proqramına” sözü əlavə edilsin;
2.2. 126-cı maddə üzrə:
2.2.1. adına, 126.1-ci maddəyə və 126.2-ci maddənin birinci cümləsinə “ləğv” sözündən əvvəl “fəaliyyətinin dayandırılması və” sözləri əlavə edilsin;
2.2.2. aşağıdakı məzmunda 126.2-1-ci maddə əlavə edilsin:
“126.2-1. Məhkəmə ərizəçinin iddiası əsasında “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı qərarlardan birini qəbul edə bilər:
126.2-1.1. siyasi partiyanın fəaliyyətinin 2 aydan 6 ayadək müddətinə dayandırılması barədə;
126.2-1.2. siyasi partiyanın ləğvi barədə.”;
2.2.3. 126.3-cü maddənin birinci cümləsində “126.2-ci” sözləri “126.2-1.2-ci” sözləri ilə əvəz edilsin və həmin cümləyə “fəaliyyətini” sözündən sonra “mahiyyəti üzrə qərar qüvvəyə minənədək” sözləri əlavə edilsin.
Maddə 3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8 (Cild I); 2024, № 7, maddə 743) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4.1-ci maddənin ikinci cümləsinə “publik hüquqi şəxslər,” sözlərindən sonra “siyasi partiyalar,” sözləri əlavə edilsin;
3.2. 5.4-cü maddə üzrə:
3.2.1. 5.4.1-ci maddəyə “nizamnaməsi,” sözündən sonra “siyasi partiyalara münasibətdə, həmçinin proqramı,” sözləri əlavə edilsin;
3.2.2. 5.4.5-ci maddədə “partiyada rəhbər orqanlarının” sözləri “partiyanın” sözü ilə əvəz edilsin;
3.2.3. aşağıdakı məzmunda 5.4.5-1-ci maddə əlavə edilsin:
“5.4.5-1. siyasi partiyalara münasibətdə üzvlərinin reyestri;”;
3.3. 11.3-cü maddə üzrə:
3.3.1. 11.3.2-1-ci maddəyə “nizamnamələrində” sözündən sonra “(siyasi partiyalara münasibətdə əlavə olaraq proqramlarında)” sözləri əlavə edilsin və həmin maddədə “və yerli özünüidarə orqanlarının” sözləri “, yerli özünüidarəetmə orqanlarının və vəzifəli şəxslərin” sözləri ilə əvəz edilsin;
3.3.2. aşağıdakı məzmunda 11.3.3-3-cü maddə əlavə edilsin:
“11.3.3-3. siyasi partiyanın adı, olduğu halda qısaldılmış adı və rəmzləri “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş tələblərə cavab vermədikdə;”;
3.4. 12.8-ci maddə üzrə:
3.4.1. 12.8.3-2-ci maddədən “siyasi partiyaların,” sözləri çıxarılsın;
3.4.2. aşağıdakı məzmunda 12.8.3-3-cü maddə əlavə edilsin:
“12.8.3-3. siyasi partiyaların fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə, habelə onlara edilmiş yazılı xəbərdarlıqlar və onların icrası barədə məlumatlar;”;
3.5. 14-cü maddə üzrə:
3.5.1. 14.1.2-ci maddədə “partiyada rəhbər orqanlarının” sözləri “partiyanın” sözü ilə əvəz edilsin;
3.5.2. 14.2.3-cü maddəyə “sayı,” sözündən sonra “siyasi partiyaların üzvlərinin reyestri,” sözləri əlavə edilsin;
3.6. 17-ci maddə üzrə:
3.6.1. mətni 17.1-ci maddə hesab edilsin və həmin maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə, “orqanına” sözü “orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin;
3.6.2. aşağıdakı məzmunda 17.2-ci maddə əlavə edilsin:
“17.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə apellyasiya məhkəməsinin qərarı qüvvəyə mindiyi tarixdən 3 gün müddətində siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə, həmçinin siyasi partiyanın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi tarixdən 3 gün müddətində siyasi partiyanın ləğvi barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.”;
3.7. 18-ci maddə üzrə:
3.7.1. 18.1-ci maddənin birinci cümləsinə “payları” sözündən sonra “, siyasi partiyaların üzvlərinin reyestri” sözləri və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Siyasi partiyaların üzvlərinin reyestri barədə məlumatlar sorğu əsasında bu Qanunun 15.9.1-ci, 15.9.2-15.9.4-cü və 15.9.7-ci maddələrində nəzərdə tutulmuş hallarda verilir.”;
3.7.2. 18.2-ci maddəyə “payları” sözündən sonra “, siyasi partiyaların üzvlərinin reyestri” sözləri əlavə edilsin.
Maddə 4. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1820 (Cild I) 1.0.5-ci maddəsinə “şəxslər,” sözündən sonra “siyasi partiyalar,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2024-cü il
Digər xəbərlər