Azərbaycan müdafiə naziri Türkiyədə hərbi məktəblə...
23:05 30.08.2026
0
0
0
Şimali Kipr Türk Respublikasında (ŞKTC) Girne şəhərinin sahillərində bərənin batması nəticəsində həlak olanlarla bağlı 3 günlük milli matəm elan edilib.
"Şərq qapısı" xəbər verir ki, avqustun 30-da ŞKTR sahillərində 267 nəfəri daşıyan bərə batıb. Faciə Girne sahillərindən təxminən 4 mil aralıda baş verib. 241 nəfər xilas edilib, 8 nəfər ölüb, 18 nəfərin axtarışları qayıq və dronlardan istifadə etməklə davam edir.
Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Ərhürman jurnalistlərə bildirib ki, batan gəmi 514 metr dərinlikdədir.
Axtarış-xilasetmə işlərinə Türkiyədən 3 təyyarə, 4 pilotsuz uçuş aparatı (PUA), 6 helikopter, 4 sahil mühafizəsi qayığı, 1 patrul qayığı, 1 freqat və 1 patrul gəmisi, eləcə də Şimali Kipr Türk Respublikasından 4 sahil mühafizəsi qayığı, 2 helikopter, 1 patrul qayığı və 1 patrul gəmisi cəlb olunub.
Digər xəbərlər