Naxçıvan Dövlət Universitetində daha üç sənaye nüm...
21:42 03.07.2026
0
0
0
NAXÇIVAN :
03 Iyul 2026, Cümə
İyulun 3-də Milli Məclisin Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Beynəlxalq Səhiyyə Menecmenti Konqresində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin səhiyyə naziri Hakan Dinçyürek və bu ölkə Məclisinin üzvü Ahmet Savaşan ilə görüşüblər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirib ki, Milli Məclisin Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev ölkələrimiz arasında münasibətlərin qarşılıqlı etimad, dostluq və qardaşlıq prinsipləri əsasında bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirib.
Vurğulanıb ki, bu gün səhiyyə sahəsi iki ölkə arasında əməkdaşlıq üçün böyük potensiala malik istiqamətlərdən biridir. Bildirilib ki, tibb mütəxəssislərinin qarşılıqlı səfərləri, peşəkar təcrübə mübadiləsi, birgə elmi-tibbi layihələrin həyata keçirilməsi və müasir səhiyyə idarəçiliyi sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün faydalı nəticələr verə bilər.
Şimali Kipr Türk Cümhuriyyətinin səhiyyə naziri Hakan Dinçyürek gələcəkdə həyata keçiriləcək qarşılıqlı təcrübə mübadiləsi və birgə təşəbbüslərin səhiyyə sahəsində əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyini söyləyib.
Görüşdə Milli Məclisin Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Musa Quliyev, Jalə Əliyeva, Hikmət Məmmədov və Azər Allahverənov, həmçinin Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin üzvü Ahmet Savaşan çıxış edərək ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Çıxışlarda parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi, iqtisadiyyat, investisiya və turizm sahələrində əməkdaşlığın inkişafı üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin vacibliyi qeyd olunub.
Digər xəbərlər