NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Silahlı Qüvvələr Günü Azərbaycan və Türkiyə hərbi orkestrlərinin bayram konserti ilə qeyd olunub

...

26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümü münasibətilə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun və Türkiyə Silahlı Qüvvələrinin Armoni orkestrləri Bakı şəhərinin Fəvvarələr meydanında konsert proqramı ilə çıxış ediblər.
Müdafiə Nazirliyindən bildirilib ki, tədbir əvvəlcə ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, eləcə də hər iki qardaş ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib.
Bayram konsertində təqdim olunan hərbi-vətənpərvərlik mahnıları, müxtəlif marşlar, tanınmış Azərbaycan, türk və dünya bəstəkarlarının əsərlərindən ibarət musiqi parçaları sakinlər və şəhərin qonaqları tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.

Nəşr edilib : 26.06.2026 22:59