Ulu Öndər Heydər Əliyev milli təhsilimizin inkişaf...
22:43 09.05.2025
0
0
1
"Mən Naxçıvanı çox sevirəm. İlk dəfə səyahətçilər arasında buranı addım-addım gəzən özüm olmuşam. Bu gün çox sevinirəm ki, buraya kitab bayramı gəlib".
Bu sözləri "Şərq qapısı"na müsahibəsində səyyah, yazar İradə Qədirova deyib.
O qeyd edib ki, kitab aydınlama, işıq deməkdir. Kitabın işığı hər hansı bölgədən yayılırsa, o cəmiyyətin bir az daha işıqlanması deməkdir
"Bu gün burada çox gözəl bir şövq görürəm. Uğurlar arzulayıram bütün nəşriyyatlara. İnanıram ki, nəşriyyatlarla bura üz tutan oxucular, kitabsevərlər arasında çox gözəl bir münasibət yaranacaq",– deyə İradə Qədirova vurğulayıb.
Aidə İBRAHİMOVA
Digər xəbərlər