NAXÇIVAN :

30 Iyun 2026, Çərşənbə axşamı

Şəxsiyyətləri müəyyənləşdirilən daha 6 itkin şəhid dəfn olunacaq

...

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab olunan və şəxsiyyətləri müəyyənləşdirilən daha 6 itkin şəhid dəfn ediləcək.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, onlardan Yarməmməd Maqsud oğlu Nuriyev iyulun 1-də Xaçmaz rayonunun Köhnə Xudat kənd qəbiristanlığında torpağa tapşırılacaq.

İyulun 3-də isə Bahadur Məhəmməd oğlu Kamalov Kəlbəcər rayonunun Zar kəndindəki yeni qəbiristanlıqda, Mədinə Rəhim qızı Babayeva Kəlbəcər rayonunun Daşbulaq kənd qəbiristanlığında, Rauf Əjdər oğlu Əhmədov Goranboy rayonunun Sarov kənd qəbiristanlığında, Dəyanət Salik oğlu Musayev Ucar rayonunun Boyat kənd qəbiristanlığında, Möysüm Murad oğlu Əliyev isə Füzuli rayonunun Mahmudlu 2 kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Nəşr edilib : 30.06.2026 17:26