Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə h...
16:30 26.11.2024
0
0
0
NAXÇIVAN :
26 Noyabr 2024, Çərşənbə axşamı
Səudiyyə Ərəbistanı Krallığının “əş-Şarq əl-Avsat”, “əl-Mədinə”, “əl-Riyad”, “əl-Jazirah” qəzetlərində və digər nüfuzlu media orqanlarından Azərbaycanda dənizdə ilk külək stansiyalarının inşası ilə bağlı imzalanmış üçtərəfli anlaşma memorandumu barədə xəbərlər dərc olunub.
"Şərq qapısı" xəbər verir ki, həmin xəbərlərdə COP29 çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 giqavatlıq (GVt) külək elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair anlaşma memorandumunun imzalandığı bildirilir. Qeyd olunur ki, sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil əl-Ramahi və “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli imzalayıblar.
Diqqətə çatdırılır ki, nəzərdə tutulan layihə çərçivəsində Azərbaycanda dənizdə ilk külək stansiyaları inşa olacaq. Bu sənəd tərəflər arasında ötən il Naxçıvanda ümumi gücü 500 MVt olan bərpaolunan enerji mənbələri layihələrinin həyata keçirilməsi ilə bağlı tərəfdaşlığın genişləndirilməsinə xidmət edir.
Qeyd olunur ki, həyata keçirilən bu layihələr enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, əlavə iş yerlərinin yaradılmasına və Azərbaycanda davamlı iqtisadi artımın təşviq edilməsinə hədəflənib. Eyni zamanda, bu fəaliyyətlər, Azərbaycanın 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq səylərini dəstəkləməkdə şirkətlərin öhdəlikləri ilə uyğun gəlir.
Digər xəbərlər