NAXÇIVAN :

23 Sentyabr 2026, Çərşənbə

Şərurun Kərimbəyli kəndində tibbi aksiya keçirilib

...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın rayon və kəndlərində yaşayan sakinlərinə müxtəlif ixtisaslar üzrə tibbi xidmətlərin göstərilməsi üçün qrafikə uyğun davamlı olaraq tibbi aksiyalar təşkil olunur. 
"Şərq qapısı" xəbər verir ki, “Şərur Regional Tibb Mərkəzi” publik hüquqi şəxsin ixtisaslaşmış həkim briqadası tərəfindən keçirilən aksiya çərçivəsində sakinlərin müxtəlif ixtisaslar üzrə tibbi müayinələri aparılıb, sağlamlıq vəziyyətləri qiymətləndirilib və zəruri tibbi tövsiyələr verilib.
Belə ki, aksiya zamanı, ümumilikdə, 98 tibbi müayinə həyata keçirilib. O cümlədən 33 USM, 21 endokrinoloq, 11 LOR, 10 pediatr, 8 rentgen, 8 nevropatoloq və 7 ginekoloji müayinə aparılıb.

Nəşr edilib : 23.09.2026 21:20