NAXÇIVAN :

06 Dekabr 2025, Şənbə

Şərurda qətl hadisəsi baş verib

...

"Şərq qapısı" xəbər verir ki, hadisə rayonun Daşarx kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, Yeni Havuş kənd sakini, 1991-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlu qətlə yetirilib.
Onu qətlə yetirməkdə həmin kənd sakini, 1971-ci il təvəllüdlü İbrahimov Cabir İbrahim oğlu şübhəli bilinir.
İlkin məlumata görə, İbrahim Cabirin qardaşı oğludur və onu küt alətlə ilə öldürüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 13.07.2025 13:45