NAXÇIVAN :

07 Dekabr 2025, Bazar

Şərurda ərzaq mağazasında yanğın hadisəsi baş verib

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur şəhərində ərzaq mağazasında yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
"Şərq qapısı" xəbər verir ki, məlumatla əlaqədar dərhal Şərur Şəhər Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 1980 m² olan obyektin 2 m² sahəsi, 1 ədəd kombi və pəncərəsi yanıb.

Nəşr edilib : 07.07.2025 20:17