NAXÇIVAN :

07 Aprel 2025, Bazar ertəsi

Şərur və Kəngərli rayonlarına elektrik enerjisinin verilişində qısa fasilə yaranacaq

...

Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin funksiyalarının “Azərenerji” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinə ötürülməsi ilə əlaqədar elektrik yarımstansiyalarında “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri tərəfindan ölçmə işləri aparılacaq. 
Bu məqsədlə 07 aprel 2025-ci il tarixində saat 10:20-dən 11:00-dək Şərur rayonunun, 15:30-dan 16:40-dək Kəngərli rayonunun bir hissəsində elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq.

Nəşr edilib : 06.04.2025 15:27