Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, muxtar diyarın ən böyük rayonu olan və kənd təsərrüfatının davamlı inkişaf etdirildiyi Şərur rayonunda sərgi - satış yarmarkasının keçirliməsi rayonun zəhmətkeşləri üçün stimuldur.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğı yüksək nailiyyətlərin qazanılmasına səbəb olur. Vurğulanıb ki, yarmarkanın keçirilməsində əsas məqsəd toxum ticarət şəbəkəsinin yaradılması, rəqabət mühitinin formalaşdırılması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulmasıdır. Diqqətə çatdırılıb ki, bu tipli yarmarkaların təşkili toxumçuluqda yeni innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığı artırmaqla yanaşı, fermerlərə sertifikatlı toxumun əlçatanlığının təmin olunmasına şərait yaradır.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda toxumçuluğun inkişafının qarşıya qoyulan əsas hədəflərdən biri olduğunu və bu istiqamətdə işlərin davam etdiyini diqqətə çatdırıb, toxumçuluğun mövcud vəziyyəti barədə ətraflı məlumat verib.
Tədbirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış ediblər.
Ölkəmizin müxtəlif bölgələrində keçirilən toxum-sərgi satış yarmarkaları barədə məlumat veriblər.
Diqqətə çatdırılıb ki, növbəti illərdə muxtar respublikanın digər bölgələrində də toxum sərgi-satış yarmarkalarının keçirilməsi nəzərdə tutulur.
Onu da bildirək ki,sərgidə ,əsasən, dənli (arpa, buğda), həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdirilib, toxum sərgi-satış yarmarkasında bu sahə ilə məşğul olan özəl toxumçular, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər iştirak ediblər.
Tədbirin bədii hissəsində Şərur Xalq Yallı Ansamblının çıxışı izlənilib, xalq mahnıları dinlənilib.
Həmin gün Şərur rayonunda yerləşən torpaq sahələrinə baxış keçirilib, fermerlərə yerli şəraitə və torpaq xüsusiyyətlərinə uyğun toxum seçimi, daha məhsuldar olan toxum sortlarından düzgün istifadə qaydaları, toxumçuluqda yeni innovativ texnologiyaların tətbiqi haqqında məlumat verilib. Bununla yanaşı, fermerlərlə də görüş keçirilib, ətraflı müzakirələr aparılıb.
Digər xəbərlər