Xankəndi şəhərində ilk solo konsert keçirilib...
21:09 22.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
2024-cü il 22 noyabr tarixdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Təbliğat-100" layihəsi çərçivəsində Şərur rayonunda “Nikah və din” mövzusunda maarifləndirici tədbir keçirilib.
Şərur Rayon İca Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova tədbiri giriş sözü ilə açaraq “Nikah və din” mövzusunda maariflənmə işinin əhəmiyyətini qeyd edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova bildirib ki, “Nikah və din” mövzusu müxtəlif mədəniyyət və inanclarda önəmli bir yer tutur. Bu prosesdə kişi və qadın könüllü razılıq əsasında ailə qururlar. Nikah, həm də cəmiyyətin əsas dayağı olan ailənin qurulması və nəsil artırma kimi məqsədləri daşıyır. Tarixən formalaşmış ailə dəyərlərindən, eləcə də qohum evliliyinin və erkən nikahların fəsadlarından danışan Aytən Məmmədova onu da əlavə edib ki, din xadimləri də bu məsələlərdə həssas olmalı, ölkə qanunvericiliyinə uyğun işlərini qurmalıdırlar.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin əməkdaşı Aysu İbrahimova qeyd edib ki, dinlərdə nikah insanları birləşdirən mənəvi bir bağ olaraq görülür və cəmiyyətdə ahəng və nizamın qorunmasında mühüm rol oynayır. Burada diqqət yetirilməli məqamlar ondan ibarətdir ki, din xadimləri də erkən və qohum evliliklərinin yolverilməzliyini təbliğ etməlidirlər. Sevindirici haldır ki, erkən nikah hallarının və qohum evliliklərinin qarşısının alınması istiqamətində ölkə qanunvericiliyində cəzalar sərtləşdirilir.
Şərur Rayon Dini İcmasının sədri axund Tahir Heydərzadə mövzu ilə bağlı maarifləndirmə tədbirlərinin təşkilinə görə dövlətimizə minnətdarlıq edib. Əksəriyyəti din xadimi olan 66 nəfərin cəlb edildiyi tədbir diskussiya xarakterli olub və suallar cavablandırılıb.
Digər xəbərlər