Şərur rayonu Düdəngə kəndində fərdi yaşayış evində...
18:10 08.01.2025
0
0
0
NAXÇIVAN :
08 Yanvar 2025, Çərşənbə
Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidmətinin Şərur Rayonu üzrə Xanlıqlar Ailə Sağlamlıq Mərkəzində yeni geolokasiyası istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov, Şərur Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Aysel Zeynalabdinova, müvafiq qurumların nümayəndələri, səhiyyə işçiləri və kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edən səhiyyə naziri Samiq Sadıxov yeni yaradılan bu geolokasiyanın bölgə sakinləri üçün əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, əvvəlcə cəmi 8 lokasiyadan ibarət olan Təcili Tibbi Yardım Xidmətinin geolokasiyalarının sayının gələcəkdə 30-a çatdırılması planlaşdırılır. Bu genişləndirmə tibbi xidmətin daha əlçatan olmasını təmin etməklə yanaşı, çağırışlara daha sürətli cavab verilməsinə imkan yaradacaq.
Şərur Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Aysel Zeynalabdinova çıxışında qeyd edib ki, həyata keçirilən bu yenilik bölgə sakinlərinin tibbi xidmətə əlçatanlığını əhəmiyyətli dərəcədə artıracaq.
Qeyd edək ki, Xanlıqlar Ailə Sağlamlıq Mərkəzi üzrə yaradılan bu yeni geolokasiya Ələkli, Vərməziyar, Danyeri, Tənənəm, Püsyan, Təzəkənd, Ərəbyengicə, Tumaslı, İbadulla, Qarahəsənli və Diyadın kəndlərindən olan 21,912 nəfərə xidmət göstərəcək.
Digər xəbərlər