NAXÇIVAN :

09 Yanvar 2025, Cümə axşamı

Şərur rayonu Düdəngə kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verib

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu Düdəngə kəndində fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
"Şərq qapısı" xəbər verir ki, məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerlərinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Hadisə nəticəsində ümumi sahəsi 200 m² yaşayış evinin 20 m² hissəsi yanıb, 180 m² hissəsi isə içərisindəki əşyalarla birlikdə yanğından mühafizə edilib.

Nəşr edilib : 08.01.2025 18:10