NAXÇIVAN :

26 Aprel 2025, Şənbə

Şərur rayon sakininin öldürülməsi ilə bağlı daha bir şəxs tutulub

...

Aprelin 22-də Şərur rayon Oğlanqala kənd sakini Zeynəb İsmayılovanın öldürülərək su quyusuna atılması faktı ilə bağlı cinayət işi üzrə daha bir şəxs məsuliyyətə cəlb olunub.
"Şərq qapısı" xəbər verir ki, Şərur Rayon Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə prokurorluq və polis əməkdaşları tərəfindən  davam etdirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Aypara Əsgərova cinayət əməlini 1991-ci il təvəllüdlü qonşusu Firuzə Seyidova  ilə birgə törətməsinə şübhələr müəyyən edilib.  
F.Seyidova polis əməkdaşları tərəfindən  saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Cinayət işi Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddələrinə tövsif olunub.                                                                Aypara Əsgərova və Firuzə Seyidova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı  əsasında Şərur Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Nəşr edilib : 26.04.2025 12:19