NAXÇIVAN :

20 Aprel 2025, Bazar

"Şərq qapısı" qəzetinin gənc jurnalisti "Yazarlar" klubuna sədr təyin olunub

...

"Şərq qapısı" qəzetinin gənc əməkdaşı Rafiq Təhməzov Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin nəznində yaradılan "Yazarlar" klubuna sədr təyin olunub.
Qeyd edək ki, Rafiq Rafiq oğlu Təhməzov 26 yanvar 2005-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri qəsəbəsində anadan olub. 2011-ci ildə Babək rayonunun Didivar kənd tam orta məktəbinin I sinfinə daxil olmuşdur. 2022-ci ildə həmin məktəbin XI sinfini əla qiymətlərlə bitirərək Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Jurnalistika ixtisasına qəbul olmuşdur.
Universitet illərində Naxçıvan Dövlət Universitetinin Media Mərkəzində və Tələbə-Gənclər Təşkilatının Media Departamentində könüllü jurnalist kimi fəaliyyət göstərmişdir. Media sahəsindəki fəal könüllülük fəaliyyətinə görə Beynəlxalq Könüllülər Günü münasibətilə təltif edilmişdir.
2024-cü ilin yanvar ayından etibarən aktiv təcrübə fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin mətbuat orqanı olan “Şərq qapısı” qəzetində müxbir vəzifəsinə təyin olunmuşdur. 
2024-cü ildə publisistika sahəsindəki uğurlu fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə mükafatlandırılmışdır. 
2025-ci ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Gənc media işçisi” nominasiyası üzrə mükafata layiq görülmüşdür.
“Rafiq Təhməz” təxəllüsü ilə “Şərq qapısı” qəzetində və müxtəlif media orqanlarında 60-a yaxın məqalə və şeiri dərc olunmuşdur. Hazırda “Şərq qapısı” qəzetində jurnalist kimi fəaliyyətini davam etdirir.
Rafiqi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!

Nəşr edilib : 07.02.2025 23:58