Ərdoğan: Qəzaya uğrayan təyyarənin qara qutusu tap...
15:59 12.11.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə “Şərq qapısı” qəzetinin və Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyinin əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə “Şərq qapısı” qəzetinin baş redaktorunun müavini Məmməd Babayev açaraq tədbirin məqsədindən danışıb. Bildirilib ki, bu kimi görüşlərin əsas məqsədi fövqəladə hallarda davranış qaydaları, yanğın və zəlzələ zamanı təhlükəsizlik tədbirləri barədə məlumatlılığı artırmaqdır.
Daha sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin məsul əməkdaşları mövzu ilə bağlı çıxış ediblər.
Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov fövqəladə hallar zamanı vətəndaşların hüquq və vəzifələri, yaşayış binalarında qaz cihazlarından təhlükəsiz istifadə, dəm qazı təhlükəsindən qorunma və yanğın təhlükəsizliyi ilə bağlı qaydalar barədə ətraflı məlumat verib.
Şöbənin baş inspektoru, daxili xidmət mayoru Turan Şahhüseynov və baş inspektor, daxili xidmət leytenantı Nurlan Sadiqov isə zəlzələ və yanğın zamanı davranış qaydaları, müəssisələrdə ilkin yanğınsöndürmə vasitələrinin düzgün tətbiqi, könüllü yanğın dəstələrinin fəaliyyəti və təxliyə zamanı görüləcək tədbirlər haqqında çıxış ediblər.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb, fövqəladə hallarla bağlı slayd və videoçarxlar nümayiş etdirilib.
Sonda Məmməd Babayev çıxış edərək Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına təşəkkürünü bildirib.
Digər xəbərlər