QMİ sədri Əbu-Dabidə bir sıra görüşlər keçirib...
21:22 06.02.2026
0
0
0
“Şərq qapısı” qəzeti bildirir ki, bu gün Azərbaycan mətbuat tarixində xüsusi yeri olan “Kaspi” qəzetinin ilk nömrəsinin işıq üzü görməsindən 145 il ötür.
1881-ci il yanvarın 1-də nəşrə başlayan “Kaspi” uzun illər ölkənin ictimai-siyasi, maarifçilik və fikir həyatında mühüm rol oynayıb, milli mətbuatın formalaşmasına və inkişafına sanballı töhfələr verib. Görkəmli ziyalıların, ictimai xadimlərin tribunasına çevrilən qəzet Əli Mərdan bəy Topçubaşov kimi şəxsiyyətlərin rəhbərliyi dövründə maarifçilik ideyalarını əsas missiya kimi müəyyənləşdirərək xalqın düşüncə dünyasının zənginləşməsinə xidmət edib.
Bu gün də “Üç əsrin qəzeti” adını daşıyan “Kaspi” müasir formatda fəaliyyətini davam etdirir, cəmiyyət üçün aktual mövzuları peşəkar şəkildə oxuculara çatdırır.
“Şərq qapısı” qəzetinin kollektivi “Kaspi” və “Kaspiy” qəzetlərinin bütün yaradıcı heyətini təbrik edir, milli mətbuatımıza xidmət yolunda onlara yeni yaradıcılıq uğurları, daim oxucu etimadı və davamlı inkişaf arzulayır.
Digər xəbərlər