Naxçıvan Muxtar Respublikasının yeni kənd təsərrü...
21:43 21.05.2025
0
0
0
Ermənistanın işğal etdiyi Azərbaycan rayonlarında tikdiyi istehkamların xarakteri bu əraziləri uzun müddət nəzarət altında saxlamaq niyyətindən xəbər verirdi.
"Şərq qapısı" xəbər verir ki, bunu İrəvanda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərin suallarını cavablandırarkən deyib.
Lavrov analitiklərin qiymətləndirmələrinə istinad edərək bildirib ki, Ermənistanın işğalı altında olan Azərbaycanın yeddi rayonunda mühəndis istehkamları bu əraziləri qaytarmaq niyyətinin olmadığını göstərirdi.
“Rusiya silahlarından Ermənistanın heç vaxt rəsmi olaraq iddia etmədiyi yeddi mübahisəsiz Azərbaycan rayonunu işğal etmək üçün istifadə edilib. Orada istehkamlar və döyüş xətləri yaradılıb, bu da açıq şəkildə göstərirdi ki, həmin mövqeləri çox uzun müddət əldə saxlamaq planı var idi”, - deyə rusiyalı nazir vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Moskva ilə İrəvan arasında hərbi-texniki əməkdaşlıq mövzusuna da toxunub. O bildirib ki, tərəflər bu gün İrəvanda əvvəllər müqavilə bağlanılmış, lakin sonralar uğursuz olan silah tədarükü üzrə ödəniş məsələsini həll ediblər. “Bu ödənişlər başqa məqsədlər üçün hesablanıb və burada heç bir ziddiyyət yoxdur”, -deyə o qeyd edib.
Buna baxmayaraq, nazir əmin edib ki, Ermənistanın müqavilə bağladığı bəzi sistemlər hələ də tədarük edilir. Lavrov vurğulayıb: “Biz bu təcrübəni davam etdirəcəyik”.
Digər xəbərlər