İƏT-in Azərbaycanda keçiriləcək 17-ci Zirvə Toplan...
22:01 03.02.2025
0
0
0
NAXÇIVAN :
04 Fevral 2025, Çərşənbə axşamı
Coşqun Oruc oğlu Orucov
(28.01.2001-25.10.2020)
Coşqun orta məktəbdə nümunəvi şagird kimi müəllimlərinin sevimlisinə çevrilmişdi. Buna səbəb onun səmimi və mehriban olması idi. Dərslərini də yaxşı oxuyurdu. Coşqun haqqında həmişə xoş sözlər eşidirdik. Balaca yaşlarından idmanla məşğul olurdu. Ən böyük arzusu idi hərbi məktəbi oxumaq. Təəssüf ki, bu arzusuna çata bilmədi. Uşaq yaşlarından vətənpərvərlik hissləri özünü büruzə verirdi Coşqunda. Onun Vətənə, bayrağa olan sevgisini ətrafındakılar yaxşı bilirdilər. Hərbçi olmaq marağına səbəb də elə məhz Vətən sevgisindən irəli gəlirdi. Hərbi xidməti başa vurduqdan sonra hərbçi kimi çalışmağa başladı. İşində də nizam-intizamlı idi. Məsuliyyətli olduğundan heç vaxt nigaran qalmazdım. Lakin müharibə başladıqdan sonra bir ana kimi nigarançılıq keçirməyə başladım. Onu da deyim ki, Coşqun imkan olduqca evə zəng edirdi. Gözümü telefondan çəkə bilmirdim. O da bilirdi ki, zəng vurmayanda fikrim yanında qalır. Bunun üçün də hər dəfə zəng edəndə mənə təsəlli verirdi. Axırıncı zəngində son kəlmələri bu oldu ki, ana, səni öpürəm. Darıxma, hər şey yaxşı olacaq.
Oktyabr ayının 21-i şəhadətə ucalıb. Bizə bu xəbəri oktyabr ayının 24-ü verdilər. Ayın 25-i isə dəfn olundu. Təbii ki, həmin xəbəri alarkən yaşadığım hissləri sözlə ifadə edə bilmirəm. Ağır dərddir bala itkisi. Onun olduğu videoları izləmək də çətindir. Qol götürüb rəqs edirdi. Nə isə... Mən balamla həmişə fəxr etmişəm. Qürur duymuşam ki, Coşqun kimi qəhrəman oğulun anasıyam. Döyüş yoldaşları necə məğrur döyüşçü olduğu haqda söz açırlar. Bu sözlərin hər biri ürəyimə təsəlli olur. Məni yaşamağa ruhlandırır. Mənim oğlum həmişə şərəfli yol arzulayırdı. Şərəfli yolda da şəhadətə ucaldı. Özü də könüllü olaraq bu yolu seçdi. Mənə qəhrəman oğul anası adını bəxş etdi. Geridə qalan şəkilləri mənə xatirədir. Allah bütün şəhidlərimizin məqamını uca etsin. Qazilərimizə şəfa diləyirəm. Onlar ərazi bütövlüyümüzü təmin etdilər. Bayrağımız daim yüksəklərdə dalğalansın. Vətənimiz sağ olsun! Şəhidlərin ruhları şad olsun!
Digər xəbərlər