Naxçıvan Muxtar Respublikasında 24 noyabra gözləni...
00:11 24.11.2024
0
0
0
Serbiyanın Novı Sad şəhərində dəmiryolu vağzalında stansiya binasının tavanının bir hissəsinin çökməsi nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.
"Şərq qapısı" xəbər verir ki, hadisə zamanı yaralanan 3 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
Serbiyanın Baş naziri Miloş Vuçeviç binanın 1964-cü ildə inşa edildiyini, hadisənin başvermə səbəblərinin araşdırıldığını və səhlənkarlıq edənlərin cavab verməli olduğunu qeyd edib. Həmçinin dağıntılar altından iki nəfərin xilas edildiyi, axtarış-xilasetmə işlərinin davam etdiyi və hadisə yerində 80 nəfərin çalışdığı bildirilib.
Qeyd edək ki, noyabrın 2-si Serbiyada milli matəm günü elan olunub.
Digər xəbərlər