Yardımlı rayonunda zəlzələ olub
16:58 19.04.2025
0
0
0
NAXÇIVAN :
19 Aprel 2025, Şənbə
"Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2024-cü il 5 dekabr tarixdə imzalanan Fərmana əsasən Naxçıvan Sənaye Parkı yaradılır. Bu Fərman da Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmaq etibarı ilə ölkənin milli iqtisadiyyatına tam və dolğun inteqrasiyası sahəsində mühüm bir addım oldu. Hələ 13 sentyabr 2019-cu il tarixli Şərur Sənaye Məhəlləsinin yaradılması haqqında Fərmanın 7.1, 7.2 və 7.3-cü bəndlərində də müəyyən olunan “Naxçıvan Muxtar Respublikasında yaradılan Sənaye Məhəllələri” ifadəsindən də aydın olur ki, muxtar respublikada Şərur Sənaye Məhəlləsindən sonra yeni Sənaye məhəllələri və ya parklarının yaradılması da nəzərə alınıb. Yəni dövlətin iqtisadi prioritetlərində Naxçıvanın uzunmüddətli sosial-iqtisadi inkişafı strateji məsələ olaraq yer almaqdadır. Təbii olaraq, bütün bu proseslərin səmərəli şəkildə tənzimlənməsi Sənaye Park və məhəllələrinin makroiqtisadi inkişafdakı yerinin, rolunun və əhəmiyyətinin yüksəldilməsi ilə də özünü göstərmiş olacaq".
Bu sözləri “Şərq qapısı”na açıqlamasında Naxçıvan Dövlət Universitetinin Beynəlxalq ticarət və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov deyib.
O qeyd edib ki, dövlət başçısının 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə qəbul edilən Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında da muxtar respublikanın davamlı makroiqtisadi inkişafında sənayeləşmə siyasətinin əhəmiyyəti aktuallığı ilə seçilib və burada Sənaye Park və məhəllələrinin yaradılması da məqsədəuyğun hesab olunub. Prezidentin Fərmanına əsasən yaradılacaq Naxçıvan Sənaye Parkının əhatə edəcəyi ərazi muxtar respublikanın, əsasən, əkinçilik bölgəsi olan Arazboyu düzənlik sahəsində yerləşir. Həmin sahə əkinçilik məhsullarının 90 faizini özündə cəmləşdirir. Bu da o demək olur ki, Naxçıvan Sənaye Parkının fəaliyyəti üçün kifayət qədər xammal ehtiyatları mövcud olacaq və bununla da, mezoiqtisadi baxımdan başlanmış olan potensial makoriqtisadi inkişaf üçün davamlılıq gətirəcək. Bu isə, təbii olaraq, onun sənaye əhəmiyyətinin yüksəldilməsində həlledici mərhələni təşkil edəcək. Digər tərəfdən, Naxçıvan Sənaye Parkının yaradılması, 2019-cu ildə yaradılmış olan Şərur Sənaye Məhəlləsinin də fəaliyyətində motivasiya və hərəkətlənmələri, bununla da iqtisadi səmərəliliyi daha da yüksəltmiş olacaq. Həmçinin bu, muxtar respublikanın digər regionlarında da, yeni dayanıqlı kənd təsərrüfatı sahələrinin yaradılmasına və bu əsasda da, sənaye əhəmiyyətli məhsulların istehsalının stimullaşdırılmasına təkan verəcək.
"Beləliklə, Naxçıvan Sənaye Parkının yaradılması, bir tərəfdən kiçik və orta sahibkarlıq subyektlərinin inkişafında mühüm mərhələ olacaq, digər tərəfdən zəruri infrastruktur təchizatlarının yaradılmasına təkan verəcək. Bütün tərəflərinə görə isə muxtar respublikanın yeni reallıqlar müstəvisində etibarlı və dayanıqlı iqtisadi inkişafında yeni mərhələni təmin etmiş olacaq", – deyə Cavadxan Qasımov əlavə edib.
Nail ƏSGƏROV
Digər xəbərlər