NAXÇIVAN :

14 Yanvar 2025, Çərşənbə axşamı

Şəmsəddin Xanbabayev dünyasını dəyişib

...

Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev vəfat edib.
"Şərq qapısı"nın məlumatına görə, sabiq icra başçısı Şəmsəddin Xanbabayev 85 yaşında yaşadığı Xaçmaz şəhərində dünyasını dəyişib.
O, sabah Bakıda dəfn ediləcək.
Qeyd edək ki, Şəmsəddin Xanbabayev 1939-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. 1992-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsində çalışıb.
2004-cü ildə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2019-cu ildə icra başçısı vəzifəsindən azad edildikdən sonra Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri vəzifəsində çalışıb.

Nəşr edilib : 13.01.2025 23:15