Ümummilli Lider yolu
00:00 10.05.2025
0
0
0
NAXÇIVAN :
10 May 2025, Şənbə
"Naxçıvan tarixən Azərbaycan ədəbiyyatına böyük simalar bəxş edib. Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Məmməd Araz, Mirzə Cəlil kimi, yəni say çox böyükdür. Günümüzdə də, Naxçıvandan olan çox dəyərli, böyük, istedadlı şairlər, yazıçılar bu gözəl Naxçıvan torpağında, ədəbiyyat torpağında, ANAİB-in çətiri altında bu böyük kitab festivalının keçirilməsi, fikirləşirəm ki, təkcə Naxçıvan deyil, ümumiyyətcə, bütün ölkəmizin də mədəni həyatı üçün çox əlamətdar hadisədir".
Bu sözləri "Şərq qapısı"na müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu söyləyib.
O deyib ki, ümumiyyətlə, ANAİB-in çətiri altında 22-ci kitab festivalı keçirilir və onların ikincisi gözəl Naxçıvan torpağında, əlamətdar günlərdən biri Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində təşkil olunur. Bu gün bu festivalda 22 nəşriyyat iştirak edir və o nəşriyyatların hər biri bu gün Azərbaycan kitab mühitini, ədəbiyyat mühitini formalaşdıran həqiqi ədəbiyyat cəngavərləridir.
"Muxtar respublika rəhbərliyi, Prezidentin səlahiyyətli nümayəndəliyi, eyni zamanda Naxçıvan Şəhər İcra Hakimiyyəti, əlaqəli bütün təşkilatlar sağ olsunlar ki, bu gözəl "Saat Meydanı"nda bu tədbirin keçirilməsi üçün əlverişli şərait yaradıblar. Əlbəttə ki, bu, ilk növbədə, Naxçıvanın mədəni mühitində kitaba olan marağı artıracaq. Mən bu gün fikir verdim, səhər saatlarından insanlar axın-axın gəlir. Sevindirici haldır ki, bu insanların arasında, xüsusən də gənc, yeniyetmə, balaca oxucularımız var. Uğurlu və davamlı olsun", – deyə Səlim Babullaoğlu əlavə edib.
Aidə İBRAHİMOVA
Digər xəbərlər