NAXÇIVAN :

10 Iyul 2026, Cümə

Selçuk Bayraktar Azərbaycandakı “Bayraktar” istehsalat müəssisələrində olub

...

Azərbaycanda səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycandakı “Bayraktar” istehsalat müəssisələrində olub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Selçuk Bayraktar özünün sosial media hesabında məlumat yayıb.

“Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanovla birlikdə “Bayraktar” texnologiya müəssisələrini ziyarət etdik. Ölkələrimizin müstəqilliyi, ortaq gələcəyi və qardaşlığı üçün çalışan mühəndislik və texniki heyətdəki qardaşlarımızı ürəkdən təbrik edir, səylərinə və fədakarlıqlarına görə onlara təşəkkür edirəm”, paylaşımda deyilir.

Nəşr edilib : 10.07.2026 12:53