NAXÇIVAN :

26 Noyabr 2024, Çərşənbə axşamı

Səlahiyyətli nümayəndə Şərurda sakinlərlə görüş keçirib

...

Noyabrın 26-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunda olub, sakinlərlə görüşüb.

Səlahiyyətli nümayəndə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şərur şəhərindəki abidəsini ziyarət edib.

Sonra rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirilib.

Səlahiyyətli nümayəndə sakinləri, o cümlədən şəhid ailələri və qaziləri fərdi qaydada qəbul edib. Görüş zamanı sakinlərin müraciətləri dinlənilib, onların üzləşdiyi problemlərin qısa müddətdə aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılıb həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbir görüləcəyi bildirilib.

Nəşr edilib : 26.11.2024 17:36