Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollektivi Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında təşkil edilmiş məhdud fiziki imkanlı və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi- satış yarmarkasında iştirak edib. Muxtar respublikanın səhiyyə naziri Samiq Sadıxov və nazirliyin əməkdaşları sərgi-satışa baxış keçiriblər.
Yarmarkada nümayiş olunan əl işləri estetik gözəlliyi ilə diqqətləri cəlb edib.
Baxış çərçivəsində nazir Samiq Sadıxov qadınların yaradıcılığını dəstəkləmək və onların işlərinin tanıdılması üçün bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın,Uşaq və Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qeyd edib ki, oktyabrın 17-ə qədər davam edəcək sərgidə 447 müəllifin 10929 adda əl işi təqdim edilir.
Sonda Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov və nazirliyin əməkdaşları yarmarkanın işinə uğurlar arzulayıb.
Digər xəbərlər