Postmüharibə dövründə şəhid ailələri üzvləri və mü...
12:44 29.04.2026
0
0
0
Avqustun 19-da “Naxçıvan Təlim Mərkəzi” PHŞ və “Əməyin Mühafizəsi Mərkəzi” PHŞ-nin Naxçıvan filialının təşəbbüsü ilə səhiyyə işçiləri üçün əməyin mühafizəsi və texniki təhlükəsizlik mövzusunda təlim keçirilib.
Təlim zamanı "Əməyin Mühafizəsi Mərkəzi" publik hüquqi şəxsin Naxçıvan filialının müdiri Ruslan Ələkbərov əməyin mühafizəsi və iş yerlərinin attestasiyasının əhəmiyyətini vurğulayıb. Mərkəzin əməkdaşı Mahmud Rzalı iş yerlərində texniki təhlükəsizlik qaydalarının praktik tərəflərinə toxunub. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Güllü Sadiqli isə müəssisələrdə əməyin mühafizəsi qaydalarının tətbiqi barədə danışıb.
Təlimdə Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrin 38 əməkdaşı iştirak edib. İştirakçılarla praktiki nümunələr əsasında iş situasiyaları təhlil olunub, interaktiv müzakirələr aparılıb və həll yolları müştərək şəkildə müəyyənləşdirilib. Təlimin məqsədi tibb müəssisələrdə çalışan əməkdaşların təhlükəsiz iş mühitinə dair biliklərini artırmaq, istehsalatda qəza risklərinin qarşısının alınması və iş yerlərinin düzgün attestasiyası istiqamətində bacarıqlarını möhkəmləndirmək olub.
Muxtar respublikada əməyin mühafizəsi və təhlükəsiz iş mühitinin təşviqi istiqamətində mütəmadi olaraq keçirilən təlimlər əmək mədəniyyətinin inkişafına, istehsalat risklərinin minimuma endirilməsinə və təhlükəsizliyin prioritetə çevrilməsinə töhfə vermək məqsədi daşıyır.
Digər xəbərlər