Milli Müdafiə Universitetinin xüsusi təyinatlı təh...
15:50 23.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Seymur Zamin oğlu İbrahimov
(20.10.2000-01.11.2020)
Seymur sakit uşaq olub. Həm də çox mehriban xasiyyəti var idi. Hərbi xidmətdən sonra hərbçi olmaq qərarına gəlmişdi. Hərbi xidmətdə təlimlərə ciddi maraq göstərirmiş. Milli Qəhrəman Mübariz İbrahimov şəhadətə ucaldıqdan sonra Seymurun arzusu ancaq onun keçdiyi yolu getmək idi. Mübarizin şəkillərinə baxır, haqqında məlumatlar oxuyurdu. Seymurun atası da hərbçi olub. Tez-tez ondan nələrsə soruşardı. Ürəyini qoymuşdu Vətən yolunda. Mübariz İbrahimovla eyni soyadda olduqları üçün çox qürur hissi keçirirdi. Deyirdi, bir gün arzuma çataram, Mübarizə salam verərəm. Elə bu səbəblər idi onu hərbçi olmağa vadar edən. Cəmi 8 ay hərbidə xidmət etdi. Sonra müharibə başladı və döyüşlərə getdi. Müharibədən qabaq da evə gəlmirdi. Çünki təlimlərdə iştirak edirdi. Bilmirdik müharibə olacaq. Amma elə gətirdi ki, təlimlərdən döyüşlərə yollanmalı oldu. Seymurun deyib-gülməklə çox da arası olmazdı. İçinə qapanıq idi. Hər sözə cavab verməzdi. Məktəb vaxtında da xarakterinə, tərbiyəsinə, mədəniyyətinə görə seçilirdi. Davranışlarına görə evdə də, qohum-əqrəbada da hörmət qazanmışdı. Özündən böyük olan hər kəsə də etina ilə yanaşardı. Seymur ailə qurmamışdı. Onun üçün arzularımız vardı. Müharibə ərəfəsi 4 dəfə telefon danışığımız oldu. İmkan olanda özü zəng edirdi. 20 yaşı da müharibədə tamam oldu. Həmin gün bizə zəng etmişdi. Bir də onun sabahı günü, ayın 21-i zəng etdi. Ondan sonra əlaqəmiz kəsildi.
Bir neçə gün sonra yenidən zəng vurmuşdu. Axırıncı danışığımız da ayın 24-ü olmuşdu. Danışanda da təskinlik verirdi ki, narahat olmayaq. Həmişə yaxşı olduğunu, hər şeyin yaxşı olacağını deyirdi. Razılıqla danışırdı. Bu danışıqdan sonra əlaqəmiz tamamilə kəsildi. Gözümüz telefonda qaldı, zəng gəlmədi... Həddindən çox narahat idik. Necə olmayaydıq? Çünki aradabir danışırdıq, artıq o da kəsilmişdi. Ayın biri şəhid olsa da, bizə ayın 3-ü xəbər verdilər. Şəhid olmağı hər zaman özünə şərəf bilirdi. Bu gün qəhrəman Seymurun adını qardaşının oğlu daşıyır.
Digər xəbərlər