Britaniya rəsmisi: Xəzər regionu yaşıl enerji ixra...
23:08 04.12.2024
0
0
0
NAXÇIVAN :
04 Dekabr 2024, Çərşənbə
Vətən savaşında şəhidlik zirvəsinə ucalan İlkin Muradlının əziz xatirəsinə həsr edilmiş tədbir keçirilib. Öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. İlkin Muradlı haqqında hazırlanmış slayt izlənilib.
Şəhidimizin anası Həcər xanım çıxış edərək bildirib ki, uzun illər idi ki, hamımızın ürəyində bir qor yanırdı. Bir dərd daşıyırdıq hamımız: yurd həsrəti. Şükür Allaha ki, Tanrı haqqımızı haqq elan etdi. İllərdir, davam edən ədalətsizliyə son qoyuldu. İgid övladlarımız illərdir, qanayan yaramıza məlhəm oldular. Onlar öz canları bahasına illərdir, alnımıza yazılan ləkəni sildilər. Qələbə çalıb başımızı uca etdilər. Anaları olan Vətənin dərdinə dərman olub bizim ürəyimizə qor saldılar. Şəhid əzizlərinin bir təsəllisi var: o Azərbaycan bayrağının yüksəklərdə dalğalanmasıdır. Bu Vətən var olduqca şəhidlər də yaşayacaq.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov, Şahbuz Rayon İcra Hakimiyyəti başçısın müavini Cəlal Paşayev çıxış ediblər.
Qeyd olunub ki, ölkə başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Dövlət-xalq-ordu birləşərək 30 il işğal altında olan torpaqları düşmən tapdağından azad etdi. Tarixi ədalətin bərpa olunmasında Naxçıvanın igid oğullarının da qəhrəmanlığı dillərə dastan oldu. Onlar torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə igidlik göstərib yurdumuza qəhrəman kimi qayıtdılar.
Qeyd edək ki, Şəhid baş leytenant İlkin Muradlı Prezident cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” və “ Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər