NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Şəhid Ceyhun Dünyamalıyevin məzarı ziyarət olunub

...

"Şərq qapısı" xəbər verir ki, İkinci Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin tərkibində silaha sarılaraq Vətən torpağının azadlığı uğrunda mübarizəyə qoşulan və bu yolda şəhidlik məqamına yüksələn igidlərimizdən biri də Dünyamalıyev Ceyhun Zeynal oğludur. 15 oktyabr Ceyhunun dünyaya göz açdığı gündür. Bu münasibətlə şəhid ailələri, qazilər, Culfa Rayon İcra Hakimiyyətinin və digər idarə, müəssisələrin əməkdaşları şəhidimizin məzarını ziyarət ediblər.

Nəşr edilib : 15.10.2024 18:16